Əmək haqqı hesablanması üzrə mütəxəssis
01 Aug 2024İş barədə məlumat
Vakansiya: Əmək haqqı hesablanması üzrə mütəxəssis
AYMAN MMC “Əmək haqqı hesablanması üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir!
İşin təsviri:
- Aylıq işçilərin əmək haqqlarının hesablanması və ödənilməsi;
- Ezamiyyət, məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
- Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- Əmək haqqına dair bütün sorğuların həll edilməsi;
- İşçilərin əmək haqqı sorğularına vaxtında cavab vermək;
- İşdən azad olunan əməkdaşların son haqq-hesab ödənişlərinin həyata keçirilməsi;
- Sosial sığorta ayırmaları üzrə hesabatların hazırlanması və təqdim olunması;
- İnsan resursları ilə bağlı analitika və vizuallaşdırma prosesində iştirak.
Tələblər:
- Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil
- Yaş: 25- 40
- İş təcrübəsi: 1 ildən yuxarı
- Kompüter bilikləri: MS Office/Excel və Mikro proqramı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
- Microsoft Office proqramlarıda (xüsusilə Excel) praktiki olaraq yaxşı işləyə bilmək
- Disiplinli işləmək, diqqətlilik və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq
- Əmək məcəlləsi,Vergi məcəlləsi haqqında və aidiyyəti qanunvericiliklər haqqında biliklər.
İş şəraiti:
- Ofisimiz Ayna Sultanova parkının yaxınlığında yerləşir
- Əmək haqqı : 800-1000 (Müsahibə əsasında təyin olunacaqdır)
- 5 günlük iş qrafiki
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Əmək haqqı hesablanması üzrə mütəxəssis” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.