MARKETİNQ ARAŞDIRMALARI ÜZRƏ ANALİTİK
01 Aug 2024İşin qısa təsviri:
- Həyata keçirilmiş araşdırma layihələrinin analitik analizlərini hazırlamaq
- Hesabatların işlənib hazırlanmasında Layihə Menecerinə zəruri dəstəyi göstərmək
- Məlumatların daxil edilməsi üçün kompüterdə müvafiq SPSS platforması qurmaq
- Yuxarıda göstərilən işlərin icrası zamanı qarşılaşdığı problemlərin öhdəsindən gələ bilmədiyi zaman Layihə Menecerinə müraciət edib, müzakirələr apara bilər
- Davamlı olaraq fəaliyyət göstərdiyi analitika sahəsində özünü təkmilləşdirməyə və bu istiqamət üzrə işlərin keyfiyyətini artırmağa çalışmaq
- Əldə etdiyi yeni bilik və bacarıqları təlim/təqdimat şəklində şirkətin digər əməkdaşları ilə bölüşmək
Marketinq Araşdırmaları Üzrə Analitik
- Cins: Fərq yoxdur
- Ali təhsil
- Sahə üzrə 1-3 il iş təcrübəsi olanlara üstünlük verilir
- SPSS araşdırma proqramlarını bilənlərə üstünlük verilir (analitik funksiyalarla işləmək bacarığı)
- Analitik tool-larla işləmək bacarığı
- Yüksək səviyyədə MS Excel biliyi
- Proqnoz və nəticələrin effekiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq (ppt)
- Məntiqi-analitik düşüncə qabiliyyəti
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının "Analitik” şəklində göstərilməsi xahiş edilir.