MARKETİNG MÜTƏXƏSSİSİ
01 Aug 2024İş öhdəlikləri:
- İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi
- Sadiqlik (loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması
- Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi
- Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi
- Effektiv kampaniya strategiyalarını formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və qiymətləndirmək
- Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi
- Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması
- Analizə əsasən optimizasiyaların aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq edilməsi.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti
- Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
“Business Insight IRG” şirkətinə “Loyallıq/Sədaqət layihələri üçün Marketinq Mütəxəssisi” vəzifəsinə vakansiya var.
- Ali təhsil (Marketinq və ya İqtisadi sahə üzrə arzuolunandır)
- Yaş həddi: 22+
- Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi təcrübəsi olanlara üstünlük verilir
- Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək bacarığı
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
Maraqlı olan namizədlər öz CV-lərini [email protected] ünvanına “Marketinq mütəxəssisi” başlığı altında göndərə bilərlər.