APARICI MÜHASİB

30 Jul 2024
İş barədə məlumat

Əmək haqqı: Namizədin bilik səviyyəsinə uyğun müsahibə əsasında tənzimlənəcək.
- İş qrafiki : tam iş günü (5 iş günü)
- İş saatları: 09:00-dan - 18:00-dək
- İş yeri: Nərimanov rayonu, Xan Şuşinski 49, Green Plaza

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Namizədə tələblər

- Təhsil: ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi)
- Aparıcı mühasib olaraq ən az 2-3 il iş təcrübəsi
- Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə
- Peşəkar mühasib sertifikatı üstünlükdür
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə
- 1C (8.3 ERP) proqramını yüksək səviyyədə bilmək.
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi

Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
- Mal-materialların uçotunun aparılması
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi.
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq
- Məxfilik prinsiplərini pozmamaq.
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək

Müraciət et