Korporativ satış üzrə Mütəxəssis

30 Jul 2024

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Topdan satış fəaliyyətini həyata keçirən mebel istehsalı fabirkində çalışacaq olan satış üzrə mütəxəssis, əsasən mebel mağazalarından gələn sifarişləri qeydə alaraq istehsalı komandasına ötürməklə işləri icra edir.
  • Satılan mebel məhsulları ilə əlaqədar müştərilərə ətraflı məlumat vermək, məhsulların satışını həyata keçirib, bütün prosesin təqibini və müştəri məmnuniyyətini təmin etmək.
  • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq və illik hesabatlar vermək.
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi.
  • Satış və marketinq  fəaliyyət üzrə kreativ ideyalara malik olmalı;
  • Müştəri bazasının formalaşdırılması, dataların toplanması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Razılaşdırılmış satış şərtləri üzrə qiymət təkliflərinin peşəkar səviyyədə hazırlanması və operativ şəkildə müştərilərə təqdim olunması;
  • Korporativ satışın və tenderlərin icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
  • Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
  • Məhsulun daşınmasını və çatdırılmasına nəzarət olunması;
  • Birbaşa tabe olduğu müəssisə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Cins: kişi və ya qadın
  • Yaş həddi: 22 – 35;
  • Təhsil: Ali təhsil olması arzuolunandır
  • İş təcrübəsi: ümumi olaraq 1 ildən yuxarı;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti ( rus dili biliyi olan namizədlərə üstünlük verilir)
  • Kompüter biliklərə: MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • Güclü ünsiyyət və təqdimat bacarıqlarına malik olması mütləqdir.
  • İnandırma qabiliyyəti yüksək, pozitiv, müştərillərlə yaxşı ünsiyyətə qura bilən, komandada işləmə bacarığına sahib, çalışqan.

 

 

İş şəraiti:

  • İş yeri: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Roman Gülçülük Sovxozu. (qeyd edilən ünvana yaxın ərazidə yaşayan şəxslərə üstünlük veriləcəkdir)
  • İş rejimi: 6 günlük;
  • Qidalanma və korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.

Müraciət et