Mühasib

30 Jul 2024

İş barədə məlumat

 

İş barədə məlumat:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir) 
  • Vergi qanunvericiliyini yaxşı səviyyədə bilməli;
  • Peşəkar mühasib sertifikatına malik olan namizədlərə üstünlük verilir.
  • MS office və yüksək səviyyədə 1 C 8.3 proqramı biliyi;
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən milli və Beynəlxalq Mühasibat Uçotu Standartlarını, həmçinin Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını yüksək səviyyədə bilməli;

Əsas vəzifə və öhdəliklər:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin etmək;
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən keçirilməsi;
  • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi;
  • Gündəlik hesabları üzrə qalıqlar hesabat
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Təsdiqedici sənədlərin vaxtlı-vaxtında və lazımi qaydada əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün həyata keçirilməsinin təmin edilməsi;
  • Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
  • İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi.

Namizədə dair tələblər:

  • Yaş həddi – 24-36 yaş. (xanım/bəy)
  • Minimum 3 il iş təcrübəsi;
  • Komandada işləmə bacarığı.
  • Əmək haqqı: 800-1200 manat. (işində fərqlənən namizədə daha yüksək əmək haqqı ödəniləcəkdir)
  • İş vaxtı: Həftədə 5 iş günü
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti ( rus dili biliyi olan namizədlərə üstünlük verilir)
  • Kompüter biliklərə: MS Office proqramlarını yüksək səviyyədə bilməli,;
  • Şirkətin ofisi Heydər Əliyev Mərkəzinin yaxınlıöında yerləşdiyi üçün qed edilən rayon ərazsində yaşayan şəxslərə üstünlük veriləcəkdir.

Müraciət et