İnsan Resursları üzrə Biznes Partnyor
29 Jul 2024İş barədə məlumat
İşiniz nədən ibarətdir?
- Vəzifə təlimatlarının hazırlanması və saxlanması;
- İstedadların cəlb olunması üçün tələblərin qiymətləndirilməsi, kadr seçimi zamanı rəhbər ilə tərəfdaşlıq edilməsi;
- Əmək haqqı təşəbbüslərinin layihələndirilməsi, icrası və idarə olunmasında iştirak edilməsi;
- Əməkdaşların inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyacları təhlilinin (DNA) düzgün aparılması üçün birbaşa rəhbərin istiqamətləndirilməsi;
- Fəaliyyət qiymətləndirməsi prosesinin idarə edilməsi: hədəflərin təyini, yarımillik baxış, 360 dərəcə qiymətləndirmə, illik qiymətləndirmə və mükafatlandırma;
- Əmək münasibətləri məsələlərinin həll edilməsi;
- Daxili müştərilərdən struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak edilməsi, təkliflərin verilməsi və sənədləşdirilmədə köməkliyin göstərilməsi;
- İnsan resursları üzrə layihələrdə aktiv iştirak edilməsi, cavabdehliyin daşınması;
- Strateji işçi qüvvəsinin qiymətləndirilməsi / seçimi / irəli çəkilməsi məqsədilə, daxili və xarici namizədlər üçün qiymətləndirmə mərkəzi və vasitəsindən istifadə olunması.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Sosial elmlər, iqtisadiyyat sahəsi üzrə Bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: İşə qəbul, təlim və ya digər İR sahələri üzrə minimum 3 (üç) il;
- Xarici dillər: ingilis (səlis);
- Kompüter bilikləri: Microsoft Office;
- Məhsul üzrə biliklər: Bütün İR transformasiya prosesləri (işə qəbul, fəaliyyətin qiymətləndirilməsi, təlim və inkişaf, güzəşt və mənfəət);
- Bazar üzrə biliklər: AR Əmək Məcəlləsi;
- Digər bacarıqlar: Güclü ünsiyyət və nitq bacarığı, innovativ düşünmə və özünü inkişafı təbliğ etmə bacarıqları.