Game Center Administrator

28 Jul 2024

İş barədə məlumat

Yeni açılan SEGA Game Center “Administrator” vakansiyası elan edilir,

İş barədə məlumat:

  • Restoran, bar və banket xidmətinin səmərəli fəaliyyətinin planlaşdırılması və təşkili, tabeçiliyində olan personalın effektiv fəaliyyətinin təşkili və motivasiyasının təmin edilməsi;
  • Əmək və daxili nizam-intizam qaydalarına riayət etmək;
  • Qeyri-qənaətbəxş xidmətlə bağlı qonaqların şikayətlərinə baxmaq;
  • Ofisiantlardan qonaqların fikirlərini və təkliflərini almağı tələb etmək;
  • Bütün avadanlıqların nasazlığı və müəssisədə baş verən çatışmamazlıqlar haqqında texniki şöbəyə məlumat vermək;
  • İşçi heyətin vəzifələri və vaxt qrafikini təşkil etmək və planlaşdırmaq;
  • Satışın və ödənişlərin qeydiyyatına nəzarət etmək;
  • Komanda üçün qaydalar, prosedurlar müəyyənləşdirmək və onların icrasına nəzarət etmək

Namizədə aid tələblər:

  • Bəy namizədlər
  • Təcrübə müvafiq sahədə minimum 5 il
  • Səliqəli və təmizkar olmaq
  • Komandada işləmək və komandanı idarə etmək bacarıqları
  • Yaş: 22- 30;
  • Intizamlı və işinə qarşı məsuliyyətli olmalı
  • Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı
  • Vəzifələrin icrası üçün çalışqan olmaq;
  • Ofis programlarında işləmə bacarığı
  • Komanda daxilində işləmək bacarığı
  • Aylıq əmək haqqı:  800 -1200 azn.
  • Namizədin bilik və təcrübəsinə əsasən təyin ediləckdir.
  • İş qrafiki: 10 saat (Növbəli)
  • Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət etmək;

Maraqlanan namizədlərin öz CV-lərini göndərmələri xahiş olunur. Mövzu yerində “administator” yazılması vacibdir. CV göndərməyənlərin namizədlikləri nəzərə alınmayacaq.


Müraciət et