Təcrübə proqramı (Lombard kreditləri üzrə)

25 Jul 2024

İş barədə məlumat

Vəzifə Öhdəlikləri:

  • Təlimlərdə aktiv iştirak etmək
  • Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
  • Təlimçi və mentorla interaktiv işləmək
  • Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

Vəzifə şərtləri:

 

·       Yaşı 18-dən 30-ə qədər (Ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər və ya magistratura tələbələri);

·       Karyerasını satış və kredit işində görmək;

·       Öyrənməyə açıq olmaq;

·       Hədəflərlə işləməyi bacarmaq;

·       Pozitiv ünsiyyət bacarığı;

  • Komandada işləməyə meyilli olmaq.

Sizə nə vəd edirik:

  • Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
  • Maliyyə yönümlü ilkin biliklərin qazanılması;
  • Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi;

Qeyd: Təcrübə 1 ay müddətinə full-time şəkildə keçiriləcək. Təcrübə müddətini uğurla keçən namizədlər Lombard kreditləri üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul ediləcəklər.

 

Lombard kreditləri üzrə kiçik mütəxəssis nə iş görür?

·       Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;

·       Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;

·       Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;

·       Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;

·       Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;

·       Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

 

 

Əlavə məlumat

·       5 günlük iş qrafiki: 09:00 – 18:00;

·       Qeyd: əmək haqqı + bonus

 


Müraciət et