Mühasib (mal-material üzrə)

25 Jul 2024

Vəzifə öhdəlikləri:

  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələbi təmin etmək
  • 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkətini izləmək
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
  • Anbar qaiməsi və elektron qaimə-fakturalarının arasındakı fərqin yoxlanılması təmin etmək
  • Debitor və kreditorlarla üzləşmələrin aparılmasını təmin etmək
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsini təmin etmək

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması;
  • Azərbaycan dilini mükəmməl bilməli,rus dili üstünlükdür;  
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli; 

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 1500-1800 AZN net
  • İş yeri-Çıraq Plaza
Müraciət et