Satış üzrə məsləhətçi

07 Apr 2025

Lüks pərakəndə satış sektorunun aparıcı şirkəti olan “Italdizayn” QSC ”Swarovski”, “Coincasa”, “Xtravaganza”, “Villeroy&Boch” butiklərində satış üzrə məsləhətçi vakansiyası üzrə işçi axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Brendi mağazada və ondan kənarda təmsil etmək.
  • Brend, onun tarixi və fəlsəfəsi haqda biliklərə sahib olmaq.
  • Müştərilərlə xidmət və ünsiyyət standartlarına uyğun işləmək.
  • Brendin standartları və çeşidi siyasətinə uyğun mağazanın xarici görünüşünə cavabdeh olmaq (merçandayzinq, mağazanın dekorlaşdırılması).
  • Alıcılara düzgün məhsulu tapmaqda kömək etmək, məhsul və brend xüsusiyyətləri barədə məsləhətlər vermək.
  • Yeni məhsulları və aksiyaları aktiv şəkildə təklif etmək.
  • Müştərilərə xüsusi təkliflər və loyallıq proqramları barədə məlumat vermək.
  • Müştərilərlə münasibətləri inkişaf etdirmək və brendə olan loyallığını artırmaq.
  • Mağazanın inventarizasiyasında iştirak etmək və təmizlik və qayda-qanuna riayət etmək.
  • Bitirilmiş iş haqda hesabatları vaxtında rəhbərliyə təqdim etmək.

Tələblər:

  • Orta, orta ixtisaslaşdırlmış və ya ali təhsil.
  • Satış sahəsində təcrübə (üstünlük verilir).
  • Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini orta səviyyədə bilmək.
  • Yaxşı ünsiyyət bacarıqları və inandırmaq qabiliyyəti.
  • Stressə davamlılıq, məsuliyyət, diqqətlilik, təşəbbüskarlıq və çalışqanlıq.
  • Mükəmməl xarici görünüş.

İş şəraiti:

  • Rəqabətədavamlı əmək haqqı.
  • Peşəkar inkişaf və yüksəliş imkanları.
  • Dostluq mühiti və rahat iş şəraiti.
Müraciət et