Kontent Menecer / Marketinq Mütəxəssisi
27 Mar 2025Vakansiya: Kontent Menecer / Marketinq Mütəxəssisi
İş yeri: Tam ştat və ya uzaqdan iş (Freelance)
Platforma: PozitivSən – 180K izləyicisi olan motivasiya platforması
Biz kimik?
PozitivSən motivasiya, fərdi inkişaf və uğur yolunda insanlara dəstək olan bir platformadır. Bizim məqsədimiz izləyicilərimizi pozitiv enerji ilə doldurmaq, onları məqsədlərinə çatmaq üçün ruhlandırmaq və həyatlarında müsbət dəyişikliklər yaratmalarına kömək etməkdir.
Axtardığımız şəxs:
- Yaradıcı və təşəbbüskar düşüncəyə malik,
- Yeni layihələr hazırlayıb təqdim edə və onları həyata keçirə bilən,
- Sosial media trendlərini izləyən və tətbiq edən,
- Motivasiya və fərdi inkişafa marağı olan biri!
Vəzifə öhdəlikləri:
- PozitivSən üçün yeni və təsirli layihələr düşünmək, planlaşdırmaq və həyata keçirmək,
- Platformanın inkişafı üçün yaradıcı və innovativ ideyalar təqdim etmək,
- Sosial media kanallarını aktiv idarə edərək izləyici artımına töhfə vermək,
- İzləyici auditoriyası ilə interaktiv əlaqə yaratmaq və onların ehtiyaclarına uyğun məzmun strategiyası hazırlamaq,
- Layihələrin effektivliyini ölçmək və davamlı təkmilləşdirmək.
Səndə bunlar varsa, bizə qoşul!
- Marketinq, kontent idarəçiliyi və ya sosial media sahəsində təcrübən varsa,
- Yeni layihələr hazırlamaq və onları uğurla həyata keçirmək bacarığın varsa,
- Yaradıcı və strateji düşünmə qabiliyyətinə maliksənsə,
Rəqəmsal trendləri izləyir və tətbiq etməyi bacarırsansa, sən bizim üçün ideal namizədsən!
Biz nə təklif edirik?
- Maraqlı və kreativ layihələrdə iştirak imkanı,
- Çevik iş qrafiki və uzaqdan işləmə rahatlığı,
- Böyük izləyici bazasına sahib platformada özünü göstərmək imkanı,
- Fərdi və peşəkar inkişaf üçün ideal mühit.
Müraciət üçün:
CV-nizi və ya özünüzü tanıdan qısa bir mesajı [email protected] mail ünvanına Kontent menecer başlığı ilə göndərək müraciət edə bilərsiniz.