İş elanları 2025 -

SQL Developer - ARTER MMC / ARTER MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İşin Təsviri:Logix ERP proqramının inkişafında və müştəri ehtiyaclarına uyğun olaraq fərdiləşdirilməsində iştirak edəcək SQL Developer axtarırıq. Bu vəzifədə sizdən verilənlər bazalarının qurulması, optimallaşdırılması və ERP modullarına aid SQL sorğularının hazırlanması tələb olunacaq.

Vəzifə Öhdəlikləri:

  • Logix ERP sistemi üçün SQL sorğularının və prosedurlarının hazırlanması
  • Mövcud verilənlər bazasının optimallaşdırılması və performansın artırılması
  • ERP modullarına uyğun verilənlər bazası strukturlarının yaradılması və idarə edilməsi
  • Müxtəlif hesabatların hazırlanması və verilənlər bazası üzrə problemlərin həlli
  • Verilənlər bazasının təhlükəsizliyinin təmin edilməsi

Tələblər:

  • SQL sorğularının yazılmasında və optimallaşdırılmasında ən azı 1 il iş təcrübəsi
  • Verilənlər bazası idarəetmə sistemləri (MSSQL və ya MySQL) üzrə dərin biliklər
  • ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür
  • Verilənlər bazasının strukturu və normalizasiyası haqqında anlayış
  • Analitik düşüncə qabiliyyəti və problemlərin həllində yaradıcı yanaşma
  • Komandada işləmək bacarığı və yüksək motivasiya
  • Məsuliyyətli və nəticəyönümlü olmaq

Üstünlük veriləcək bacarıqlar:

  • Logix ERP platforması ilə təcrübə
  • Verilənlər bazasının təhlükəsizliyi üzrə biliklər

Məkan: Nərimanov rayonu, Afen Plaza

İş qrafiki: Həftə içi 5 gün, 09:00-18:00

Maaş: 600 AZN-dən başlayır (təcrübəyə əsasən dəyişə bilər)

CV-nizi "SQL Developer" başlığı ilə [email protected] ünvanına göndərin.

Paylaş