1C OPERATOR

06 Mar 2025
İş barədə məlumat

“Zeytun Pharmaceuticals” şirkəti “1C operator” axtarışındadır.

Vəzifə funksiyaları:
- Mal satan şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması və maliyyə direktoruna məlumatın verilərək təsdiqindən sonra məxaric qəbzlərinin təsdiq edilməsi;
- Mal satanlara iadə olunan malların razılaşdırılmış iadə şərtlərinə uyğunluğunu və əməliyyatın doğruluğunun yoxlanılması və 1C proqramında təsdiq edilməsi;
- Apteklərdən daxil olan iadələrin daxili qaydalara uyğunluğunun yoxlanılması şirkətdən alınmayan malların iadəsinin və digər neqativ halların qarşısının alınması;
- Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət;
- 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarətvə alış qiymətindən aşağı satışın qarşısının alınması.

İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi, 09:00-dan 18:00 kimi; ( 6- ci günlər növbəli)
- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 700 AZN

Namizədə tələblər

- Ali təhsil
- Rus dili biliyi ( üstünlükdür)
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- 1C 8.3 işləmə bacarığı
- Yaş həddi: 25-35

Maraqlanan şəxslər CV-ni [email protected] email ünvanına göndərə bilərlər.

Müraciət et