SENİOR LARAVEL DEVELOPER

28 Feb 2025
İş barədə məlumat

Yeni proqram təminatlarının hazırlanması
Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi
Cari layihələrin davamlı inkişafı və optimallaşdırılması
Əmək Şəraiti və İmkanlar
1. Rəsmi Sənədləşmə: İşə qəbul əmək müqaviləsi əsasında həyata keçirilir.
2. İş Qrafiki: Həftə içi 5 iş günü; 09:00–18:00 və ya 10:00–19:00.
3. Ofis Mühiti:
Remote iş imkanı mövcud deyil, ofis plazada yerləşir.
Rahat iş şəraiti, yüksək səviyyəli (Premium/ThinkPad/PC/Mac) kompüter və əlavə monitor təmin olunur.
4. Overtime:
Əlavə iş saatları (overtime) adətən planlaşdırılmır.
Əgər yaranarsa, hər saat üçün əlavə ödəniş nəzərdə tutulur.
5. Müsahibə Prosesi:
Namizəd Laravel üzərində hazırlanmış ən azı bir real layihəsini təqdim etməlidir.
6. Əmək Haqqı:
2000 – 3000 AZN (Namizədin bilik və praktik təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir).

Namizədə tələblər

1. Proqramlaşdırma Prinsipləri
Obyektyönlü Proqramlaşdırma (OOP) üzrə əsaslı bilik
SOLID prinsiplərini tətbiq etmə bacarığı
Domen-Yönlü Dizayn (DDD) haqqında məlumat
Modulyar Monolit arxitekturası ilə tanışlıq
REST API hazırlama və OAuth 2.0 əsasında autentifikasiya/avtorizasiya
2. Verilənlər Bazası:
MySQL/MariaDB ilə işləmə təcrübəsi
Mürəkkəb sorğuların yazılması, indeksləmə və optimallaşdırma bacarığı
3. Digər Texnologiyalar:
Git, PHPUnit, JavaScript/jQuery
Redis (keşləmə, sessiya idarəetməsi, pub/sub mexanizmləri)
Linux (əsas əmrlər, server inzibatçılığına giriş səviyyəsində bilik)
4. İş Təcrübəsi:
Laravel framework ilə minimum 3 illik praktiki iş təcrübəsi
PHP dilini yüksək səviyyədə bilmək
Laravel mühitində mid və ya senior səviyyədə fəaliyyət göstərə bilmək
Daha əvvəl Laravel əsasında real layihələr hazırlamış olmaq
5. Əlavə Üstünlüklər:
Next.js, NestJS, Tailwind CSS kimi müasir texnologiyalarla tanışlıq
CI/CD prosesləri və microservices arxitekturası ilə tanışlıq

Müraciət et