XARİCİ SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS
28 Feb 2025Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi,
Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
Bazarın təhlili, tələb olunan materialların başda Çin bazarı olmaqla (xarici bazarda) və daxili bazarda araşdırılması, texniki məlumat və müqayisəli şəkildə qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili,
Alınmış məhsul və ya xidmətin keyfiyyət və tələb olunan standartlara uyğunluğunun yoxlanılması və qeydiyyatının aparılması,
Tədarükçülərlə müqavilələrin bağlanması,
Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi,
Təchizatçılarla göndəriş vaxtının razılaşdırılması,məhsulların çatdırılma periodunun düzgün kordinasiyası
Logistika məsələlərinin həllinə dəstək göstərilməsi,
Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi,
Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması.
İş rejimi:
Həftə içi 5 gün Saat 08:00-dan -17:00-dək (şənbə günü saat 13:00-a qədər növbəli, bir həftədən bir)
İş yeri – Azure Business Center, 17-ci mərtəbə, 116. (Xətai Metro St yaxınlığı)
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur
Ali təhsilli (texniki ali təhsilli olan namizədlərə üstünlük verilir)
Azərbaycan dili- səlis,
Rus dili və ingilis dili- advance,
MS Office proqramlarından sərbəst istifadə bacarığı,
Sənaye məhsulları (dəmir, avadanlıq və qurğu ehtiyyat hissələri və inşaat materialları haqqında təcrübəyə sahib olmağı üstünlük təşkil edir),
Çalışqan,işgüzar ünsiyyət bacarığı, problemləri həll etmə və məsuliyyət götürmə bacarığı,
İntizamlı və uzun müddətli kariyera axtırşında olanlar daha müsbət qiymətləndiriləcək.