BİZNES KREDİTLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS

27 Feb 2025
İş barədə məlumat

- Müştərilərlə davamlı ünsiyyətin saxlanması və yeni müştərin şirkətlə əməkdaşlığa cəlb edilməsi
- Bankın biznes müştəriləri üçün təqdim etdiyi məhsulların satışının təşkil edilməsi
- Daxil olan müştəri müraciətlərinin (kredit və digər) operativ cavablandırılması və müştəri məmnuniyyətinin təmin edilməsi
- Biznes müştərilərinə təqdim edilən məhsullar üzrə portfelin qurulması və inkişaf etdirilməsi
- Daxil olan kredit müraciətlərinin ilkin təhlili, təqdimatın edilməsi, kredit portfelinin idarə olunması və portfelin keyfiyyətinə nəzarət
- Cari müştərilərlə mütəmadi olaraq əlaqələrin saxlanması, onların təklif və iradlarının öyrənilməsi üçün görüşlərin təşkili.
- İş rejimi: həftə içi -09.00-dan- 18.00-dək.

Namizədə tələblər

- Ali təhsil
- Kredit satışı üzrə ən azı 1 il iş stajı
- Kreditləşdirmə barədə nəzəri və praktiki bilgilərə malik olma
- Azərbaycan dilində səlist danışıq bacarığı
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və maliyyə təhlil bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı.

Xahiş olunur mövzu hissəsində Biznes kreditləri üzrə mütəxəssis /baş mütəxəssisi vəzifəsini qeyd edib CV cv@bankavrasiya.az ünvanına göndərəsiniz.

Müraciət et