TUR MENECERİ

21 Feb 2025
İş barədə məlumat

- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması 
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması 
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması 
- Otellərin bronlaşdırılması 
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması 
- Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
- İş saatları: 10:00–19:00; Şənbə günü: 11:00-dan 17:00-dək 
- İstirahət günü - Bazar günü 
- Əmək haqqı və satışa görə verilən bonuslar şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər.

Namizədə tələblər

- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq 
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir) 
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq 
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq 
- Məsuliyyətli və diqqətli olmaq 
- Gülərüz və özünə qarşı tələbkar olmaq 
- Vaxtın idarəolunması bacarığına malik olmaq 
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq 
- Həmçinin turizm səhəsində təhsil almış namizədlər 3 aylıq təcrübə proqramını uğurla keçdikdən sonra işə qəbul oluna bilərlər.

Şəkilli CV-lərinizi göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət et