TİBBİ NÜMAYƏNDƏ

19 Feb 2025
İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Şirkətin məhsullarını təyin olunmuş ərazi üzrə həkimlərə, tibbi müəssisələrə və apteklərə tanıtmaq.
- Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək.
- Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq
- Seminar və prezentasiyaları təşkil etmək və keçirmək.
- Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək.
- Gördüyü işlər barəsində gündəlik hesabat hazırlamaq və rəhbərinə təqdim etmək
- Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək.

İş şəraiti:
- İş qrafiki: 5 iş günü, saat 09:30-dan -18:00-dək
- İstirahət: Şənbə və bazar günləri
- Əmək haqqı: 900-1200 azn.

Namizədə tələblər

Almaniyanın “Heel” əczaçıllıq məhsullarının satışı üçün şirkətimiz Tibbi Nümayəndə vakansiyasını elan edir.

- Ali təhsil (Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti-Əczaçılıq, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Universiteti Biologiya ixtisası üzrə bitirənlər )
- Yaş həddi: 21 – 55
- Xarici görünüş və geyim səliqəli olmalı
- Komandada işləmək bacarığı
- Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
- Səlis və aydın nitq, ünsiyyət qabliyyəti yüksək, sistemli təqdimat və inandırma qabiliyyətləri bacarığı.

Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Tibbi nümayəndə” qeyd edərək CV formalarını [email protected] ünvanına göndərmələri xahiş olunur.

Müraciət et