SATIŞ MƏSLƏHƏTÇİSİ

17 Feb 2025
İş barədə məlumat

“GL” ASC (Sizin Lombard) – Yevlax filialı üzrə Əmək Haqqı + Bonuslu Satış Məsləhətçisi Vakansiyası üçün təcrübə proqramı
Proqram haqqında:
- Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tamamlamış şəxslər üçün nəzərdə tutulub. İstisna olaraq, magistr üzrə təhsili davam edən tələbələr də proqramda iştirak edə bilərlər.
- Proqram çərçivəsində namizədlər ilkin mərhələdə peşəkar təlimlərə cəlb olunur və nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə edirlər. Təlim prosesini uğurla başa vuran namizədlər imtahan mərhələsinə dəvət edilir.
- İmtahan nəticələrinə əsasən:
- Namizədlərə tam ştat və ya yarımştat Satış Məsləhətçisi kimi işə qəbul olunma imkanı təqdim olunur.
- Yarımştat Satış Məsləhətçisi olaraq işə qəbul olunan namizədlərin tam ştat vahidinə keçməsi üçün minimum müddət 1 ay, maksimum müddət isə 3 ay olaraq müəyyən edilmişdir.

Təkliflərimiz:
- Tam ştat üçün: Başlanğıc əmək haqqı: 400 AZN, əlavə olaraq 800 AZN-ə qədər bonus qazanmaq imkanı.
- Yarımştat üçün: Başlanğıc əmək haqqı: 200 AZN, əlavə olaraq 300 AZN-ə qədər bonus qazanmaq imkanı.
Öhdəliklər:
- Təlimlərdə aktiv iştirak etmək.
-Təlim zamanı öyrənilənləri mənimsəmək və tətbiq etmək.
- Təlimçi və mentorla interaktiv işləmək.
- Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək.

Namizədə tələblər

- Təhsilini tam başa vurmuş şəxslər (magistr təhsili alan tələbələr istisna təşkil edir).
- Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər.
- Öyrənməyə açıq olmaq.
- Hədəflərlə işləməyi bacarmaq.
- Pozitiv ünsiyyət bacarığı.
- Komandada işləməyə meyilli olmaq.

Sizə nə vəd edirik:
- Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmək imkanı.
- Təcrübəçilərə Yevlax filialında təcrübə proqramında iştirak etmək imkanı.
-Maliyyə yönümlü ilkin biliklərin qazanılması.
- Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi.
- Əmək haqqı + bonus.

Müraciət Qaydası:
Maraqlanan şəxslər CV-lərini “Təcrübə Proqramı (Satış məsləhətçisi – Yevlax filialı)” başlığı ilə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: [email protected]

Müraciət et