TƏMİR-TİKİNTİ MENECERİ
13 Feb 2025Öhdəliklər:
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-təmir işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti qaydalarına, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək.
İş şərtləri:
- Ə/H müsahibə əsasında bildiriləcək.
- 6 günlük iş həftəsi.
- İş saatı: həfətə içi 10:00-dan 18:00-dək, şənbə günü 10:00-dan 16:00-dək
- Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
- Şəxsi nəqliyyatın yanacaq xərcləri şirkət tərəfindən ödənilir.
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
- Ali təhsil.
- Uyğun vəzifələrdə ən azı 5 il iş təcrübəsi.
- Əla təşkilatçılıq qabiliyyəti və komandanı idarəetmə bacarığı.
- Tikinti layihələrinin maliyyə və təşkilati aspektlərini bilmə.
- Layihə sənədləri və maliyyə hesabatları ilə işləmə bacarığı.
- Əla kommunikasiya və liderlik bacarıqları.
- Azərbaycan dili mükəmməl, rus vəya ingilis dillərində biliklərinin olması arzuolunandır.
- Ümumi təmir-tikinti işlərində istifadə olunan müasir texnologiya və materiallar haqqında biliklər.
- Kompyuter ( Ofis proqramları və təmir-tikinti sahəsində aid proqramlar ) proqramları ilə həmçinin layihə eskizləri ilə işləmə bacarığı.
- Şəxsi minik avtomobilinin olması.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Restoranların Tikinti və Təmir Meneceri” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.