İŞ İCRAÇISI

22 Jan 2025
İş barədə məlumat

Əsas vəzifə və öhdəliklər:
- Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik etmək.
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti quraşdırma işlərinin cəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək.
- Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək.
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak etmək
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlayır və onlardan görülmüş işin qəbul olunmasında iştirak etmək.
- Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək.
- Təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görmək.

İş şəraiti:
- Həftə içi 5 iş günü saat 08:00-dan 17:00-dək
- Əməkhaqqı: 800-1000 AZN
- İş yeri: Bakı ş.

Namizədə tələblər

- İnşaat və ya Elektrik enerjisi sahəsində bakalavr/orta-texniki təhsil
- Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
- Ofis proqramlarında işləmək bacarığı, yüksək analitik düşüncə və problemləri həll etmə bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Müraciət et