SATIŞ MENECERİ

21 Jan 2025
İş barədə məlumat

- Azərbaycanda yağ, filter, akkumlyator və təkər satışı ilə məşğul olan “Fortune Trade” MMC tərəfindən şirkətlərə təkər satışı həyata keçirilməsi üçün satış meneceri axtarılır.
- Şirkət məhsullarının satışının təşkili.
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi
- Rəhbərliyə görülmüş işlər barədə hesabatların verilməsi
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etməli
- Həftədə 5 tam iş günü, şənbə günü yarım gün
- Əmək haqqı 600-800 azn + satışdan %
- Korporativ nömrə ilə təmin olunacaq.

Namizədə tələblər

- Azərbaycan dilində səlist nitq (Rus və İngilis dilləri arzuolunandır)
- CV-də və ya E-maildə universitetə giriş balı mütləq şəkildə qeyd olunmalıdır
- Word, Excel və Outlook proqramları ilə işləmə bacarığı
- Yüksək ünsiyyətqurma qabiliyyəti
- Aktiv şəkildə yeni müştəri axtarmaq
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- CRM programını istifadə etmək və ya qısa bir zaman içərisində öyrənmək bacarığı
- Şəxsi avtomobilin olması üstünlükdür.

CV-ləri [email protected] e-mailinə "Təkər üzrə Satış Meneceri ” başlığı ilə göndərməyiniz xahiş olunur.

Müraciət et