QRAFİK VƏ MOTİON DİZAYNER

13 Jan 2025
İş barədə məlumat

Kreativ və estetik həllər yaratmağa həvəsli bir Qrafik və Motion Dizayner axtarırıq. Biz sizə yalnız bir iş yox, həm də yaradıcı imkanlar təqdim edirik.

Sizin vəzifələriniz:
- Sosial media və reklam kampaniyaları üçün qrafik və animasiya materiallarının hazırlanması
- Çap və rəqəmsal materiallar üçün vizual konsepsiyaların yaradılması
- Təqdimatlar və video materiallar üçün motion dizayn və animasiya hazırlamaq
- Marketinq və inkişaf komandaları ilə sıx əməkdaşlıq edərək kreativ ideyalar təqdim etmək.
- Layihələrdə dizayn tələblərinə uyğun olaraq keyfiyyətli və vaxtında həllər təqdim etmək

Nə təklif edirik?
- Rəqabətə davamlı əmək haqqı: 800-1300 AZN (bilik və təcrübənizə əsasən)
- Flexible Hours: həftə içi 5 iş günü, 1 saat nahar fasiləsi ilə
- Rahat iş mühiti və peşəkar inkişaf perspektivləri
- Əmək müqaviləsi ilə rəsmi işə qəbul
- Ünvan: Sport Plaza, ERAsoft MMC
- Şirkətin adı: ERAsoft LLC

Namizədə tələblər

- Qrafik və motion dizayn sahəsində minimum 2 illik təcrübə
- Adobe Photoshop, Illustrator və After Effects proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Video montaj və animasiya yaradılmasında təcrübə (Premiere Pro üstünlükdür)
- Sosial media, reklam və təqdimat materialları üçün vizual həllər yaratmaq bacarığı
- Portfolionun təqdim edilməsi vacibdir
- Detallara diqqət və yaradıcı yanaşma qabiliyyəti
- Komanda ilə əməkdaşlıq etmək və ünsiyyət qurmaq bacarığı
- Rus və ya İngilis dillərini bilmək üstünlükdür.

Zəhmət olmasa, CV və portfolionuzu [email protected] ünvanına göndərin. Mövzu hissəsində “Qrafik və Motion Dizayner” qeyd etməyi unutmayın.

Müraciət et