RƏQƏMSAL MARKETİNQ MENECERİ (SMM VƏ SEM)

09 Jan 2025
İş barədə məlumat

- Şirkətlərimizin rəqəmsal marketinq fəaliyyətlərini idarə edəcək, həm Sosial Media Marketinqi (SMM), həm də Axtarış Mühərriki Marketinqi (SEM) işlərini effektiv şəkildə həyata keçirəcək namizəd axtarırıq.
- Sizdən kreativ strategiyalar hazırlamaq, sosial media və ödənişli reklam kampaniyalarını idarə etmək, nəticələri analiz edərək kampaniyaların performansını optimallaşdırmaq gözlənilir.

- Şirkətlərin sosial media hesablarını (Facebook, Instagram, YouTube, LinkedIn,TikTok və s.) idarə etmək və inkişaf etdirmək.
- Sosial media üçün məzmun planı hazırlamaq və paylaşım cədvəllərini tənzimləmək.
- Google Ads, Facebook Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarını hazırlamaq, icra etmək və optimallaşdırmaq.
- Açar sözlər və trendlərin araşdırılması ilə kampaniyaların effektivliyini artırmaq.
- Kampaniya performansını izləmək, analitik hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək.
- SEO və SEM strategiyalarını bir-biri ilə əlaqəli şəkildə həyata keçirmək.
- Həftə içi 5 iş günü.

Namizədə tələblər

- Marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahədə ali təhsil.
- Google Ads, Meta Business Suite və digər rəqəmsal marketinq alətləri üzrə təcrübə.
- Analitik düşüncə və kampaniyaların performansını təhlil etmək bacarığı.
- Yaradıcı düşüncə və yüksək yazı qabiliyyəti.
- Azərbaycan və rus dillərini mükəmməl, İngilis dilini isə yaxşı səviyyədə bilmək.
- Süni intellekt və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı üstünlükdür.
- Foto və video çəkiliş, redaktə və montaj bacarığı (Adobe Premiere Pro, Final - Cut Pro, Photoshop və ya oxşar proqramlarda təcrübə üstünlükdür).

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "Rəqəmsal Marketinq Meneceri" qeyd olunmalıdır.

Müraciət et