PROQRAM TƏMİNATININ TƏTBİQİ ÜZRƏ MÜHASİB (ERP ÜZRƏ)
08 Jan 2025PROSYS MMC-nin ERP proqram təminatının inkişaf etdirilməsi istiqamətində aşağıdakı öhdəliklərin yerinə yetirilməsi:
- Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
- Biznes tələblərin qeydə alınıb analiz olunaraq proqramçılara ötürülməsi
- Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması
- Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)
- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
- Texniki tapşırıqların proqramçılar ilə müzakirə edilməsi
- Tələblərin izlənilməsi
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
- Biznes tələblərinə görə hesabatların hazırlanması
- Yeni funksionallığın test olunması
- Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi.
- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi.
İş şəraiti:
- İş vaxtı: həftənin 5 iş günü, saat 09:00-dan 18:00-dək. istirahət günləri: şənbə, bazar.
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
- Qanunvericiliyə uyğun mühasibat uçotunu əla bilmək
- Qanunvericiliyə uyğun vergi uçotunu əla bilmək
- Qanunvericiliyə uyğun idarəetmə uçotunu əla bilmək
- ERP layihələrinin tətbiqində iştirak etmiş olmaq
- Mühasibatlıq sahəsində 3 illik təcrübə
- Minimum 3 il iş təcrübəsi
- ERP proqram təminatının tətbiqi üzrə Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
- Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
- Biznes və texnologiyanın tələblərini anlamaq
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
- Agile və SCRUM haqqında biliklər
- Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
- SQL, PL/SQL üzrə biliklər mütləqdir.
- Balsamiq Wireframes, Jira, MS - Office Visio proqram təminatlarını yaxşı bilmək.
- Problemlərin həll edilə bilməsi və analitik təfəkkür.
Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Tətbiqçi mühasib” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.