Kiber hücumların simulyasiyası üzrə mütəxəssis
17 Dec 2024İş barədə məlumat
Təsvir:
- Təşkilatın veb tətbiqlərinin və servislərinin davamlı təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi;
- Təşkilatın mobil tətbiqlərinin periodik olaraq təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi;
- Təşkilatın kompüterlərinin və serverlərinin davamlı təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi;
- Aşkar edilən boşluqlar haqqında bilgiləndirici reportların hazırlanması;
- Periodik olaraq simulyasiya testlərinin yerinə yetirilməsi;
- Şəbəkə və bulud cihazlarının periodik olaraq təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi;
- Yeni layihələrdə və təqdim olunan servislərdə boşluqların aşkar edilməsi;
- Simsiz və simli şəbəkələri şəbəkə hücumlarına qarşı sınamaq;
- Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə yaradılan təhlükəsizlik sistemlərini dayanıqlığa sınamaq.
Tələblər:
- Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/ Kompüter Elmləri);
- Magistr dərəcəsinə üstünlük veriləcək;
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili biliyi üstünlükdür);
- Kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsi üzrə minimum 1 illik iş təcrübəsi;
- Tapılmış zəifliklərin nümayişi üçün "PoC exploit" tərtibatı bacarığı;
- Digər Proqramlar: Nessus, Qualys, Acunetix, Burp, Metasploit və s. kimi testinq alət və frameworks ilə təcrübə biliyi üstünlükdür;
- Tapılmış uyğunsuzluqlar və tövsiyyələr barədə rəhbərliyə hesabatların verilməsi;
- Boşluqların bağlanılmasına dair nəzarət etmək qabiliyyəti;
- Qərarvermə qabiliyyəti;
- Peşəkar Sertifikatlara üstünlük verilir (OSCP, OSWP, OSEP, OSED, Comptia Security+, CEH və s.);
- Şəbəkə hücum axınlarını müəyyən etmək, azaltmaq və izah etmək bacarığı.