Satıcı

17 Dec 2024

İş barədə məlumat

 

Namizədə tələblər:

  • İş saatı : 10:00-20:00 (həftədə 6 iş günü olmaqla və 1 istirahət günü)
  • Əmək haqqı: 800 azn rəsmi əməkhaqqı və 200-400 azn arası bonus
  • Müxtəlif məhsul kateqoriyalarının (market,elektronika, məişət texnikası, ev üçün əşyalar üzrə satış təcrübəsi olana üstünlük veriləcək ) satışı üzrə minimum 6 aylıq iş təcrübəsi
  • Təhsil : orta
  • İş təcrübəsi : 1 ildən 3 ilə qədər
  • Yaş : 21- 33 (Xanım namizəd)

 

Öhdəliklər:

  • Azərbaycan və rus dillərində əla səviyyədə bilmək ( ingilis dilini bilməsi arzu olunandır)
  • Mağazada mövcud olan məhsul çeşidi haqqında məlumatlı olmaq
  • Müştəriləri mağazada qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək, məhsullar haqqında ətraflı və dəqiq məlumat vermək
  • Müştərinin ehtiyacına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək
  • Mağaza menecerinin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək
  • Müştəri sorğularını cavablamaq və müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək
  • Zədələnmiş,yararsız, texniki göstəriciləri silinmiş məhsullar aşkar etdikdə onları rəflərdən qaldırmaq və mağaza menecerini məlumatlandırmaq
  • Qoyulan satış hədəflərini həyata keçirmək
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
  • Ünsiyyət bacarığı
  • Yüksək təşəbbüskarlıq və dinamik işə meyillilik, aktivlik, satış bacarığı və səbrlilik
  • Təhlil etmək, problemləri zamanında həll etmək, qərar qəbul etmək və komanda şəklində işləmək bacarığı
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq

 

Müraciət qaydası

  • Zəhmət olmasa, CV-lərinizi e-mail adresinə göndərin, CV-ləri göndərərkən başlıq yerinə “Satış məsləhətçisi” qeyd etməyi unutmayın

Müraciət et