İş elanları 2025 -
A

İOS PROQRAMÇI - Akhundoff Group / Akhundoff Group

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Şirkətin mövcud iOS tətbiqini təkmilləşdirmək və yeni funksionallıqlar əlavə etmək
- Tətbiqin performansını optimallaşdırmaq və problemləri aradan qaldırmaq
- UI/UX dizayn prinsiplərinə uyğun tətbiqlər hazırlamaq
- Backend komandası ilə əməkdaşlıq edərək tətbiqin API inteqrasiyalarını idarə etmək
- Yeni layihələr üçün texniki həllər hazırlamaq və həyata keçirmək
- App Store standartlarına uyğun olaraq tətbiqləri yerləşdirmək və yeniləmək.
- İş qrafiki: həftə içi 5 iş günü, saat 09:00-dan - 18:00-dək
- Maaş: 1000-2000 AZN (təcrübə və biliklərə uyğun)

Namizədə tələblər

- Swift proqramlaşdırma dilində təcrübə (Objective-C bilikləri əlavə üstünlükdür);
- Xcode mühitində iş bacarığı
- RESTful API-lərlə iş təcrübəsi
- CoreData, CoreAnimation və digər iOS framework-lərində biliklər
- UI/UX prinsiplərinə uyğun dizayn standartlarını anlamaq
- App Store prosesləri və tələbləri haqqında məlumatlılıq
- Komanda ilə işləmək bacarığı və məsuliyyətlilik
- Problemləri sürətli həll etmə qabiliyyəti.

Biz nə təklif edirik?
- Professional mühitdə çalışmaq imkanı
- Maraqlı və innovativ layihələrdə iştirak
- Təcrübə və biliklərinizi artırmaq üçün inkişaf imkanları.

Necə müraciət etməli?
Zəhmət olmasa, CV-nizi və əlaqə məlumatlarınızı [email protected] e-poçt ünvanına göndərin. Mövzu hissəsində "iOS Developer" qeyd etməyi unutmayın.

Paylaş