İş elanları 2025 -

Proqram təminatının inkişafı və bulud arxitekturası şöbəsinin rəhbəri - PASHA Technology / PASHA Technology

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

 

Əsas öhdəliklər:

  • Açıq mənbəli və ya lisenziyalı texnologiyalardan istifadə edərək geniş miqyaslı, təhlükəsiz və sərfəli bulud həllərinin layihələrini hazırlamaq;
  • Virtualizasiya, məlumat saxlama və konteynerizasiya sistemlərinin arxitekturası üzrə qabaqcıl təcrübələri müəyyənləşdirib tətbiq etmək;
  • Şirkətin tələblərinə əsasən ən uyğun bulud platformalarını və həllərini (AWS, GCP, Azure, OpenStack və s.) qiymətləndirib tövsiyə etmək;
  • Bulud orkestrasiya alətləri, bulud əsaslı tətbiqlər və xidmətlərin dizaynı, qurulması və yerləşdirilməsi üzrə inkişaf komandasına rəhbərlik etmək;
  • İnkişaf komandasına mentorluq edərək proqram təminatının inkişafı və bulud memarlığı sahəsində yeni standartlara və qabaqcıl təcrübələrə riayət olunmasını təmin etmək;
  • Layihənin uğurla həyata keçirilməsini təmin etmək üçün DevOps, İT və məhsul idarəetmə üzrə çarpaz funksional komandalarla əməkdaşlıq etmək;
  • Bulud infrastrukturu və əməliyyatlarının avtomatlaşdırılması məqsədilə alətlərin, skriptlərin və sistemlərin dizayn və inkişafını təmin etmək;
  • Bulud resurslarını optimallaşdırmaq üçün mürəkkəb skriptlər yazmaq və API-lərdən (AWS, GCP, Azure, OpenStack və s.) istifadə etmək;
  • Golang və ya Python proqramlaşdırma dillərindən istifadə edərək proqram təminatının inkişaf təşəbbüslərinə töhfə vermək;
  • Hibrid və çoxbuludlu mühitləri dəstəkləmək üçün bulud platformalarını mövcud infrastruktura inteqrasiya etmək;
  • oVirt, RHEV və Proxmox kimi virtualizasiya sistemlərini yerləşdirmək və idarə etmək;
  • Docker, Podman və LXC kimi açıq mənbəli konteynerizasiya platformalarını tətbiq etmək;
  • Açıq mənbəli proqram əsasında qurulmuş məlumat saxlama sistemlərini idarə etmək və optimallaşdırmaq;
  • KVM və libvirt kimi virtualizasiya texnologiyalarından səmərəli istifadəsini təmin etmək;
  • Arxitektura diaqramları, yerləşdirmə təlimatları və problemlərin aradan qaldırılması üçün texniki sənədlər hazırlamaq.

 

Tələb olunan bilik , bacarıqlar və təcrübə:

  • Mühəndis-texniki, informatika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.

 

Vacibdir:

  • Açıq mənbəli virtualizasiya sistemləri (məsələn, oVirt, RHEV, Proxmox) üzrə təcrübə;
  • Açıq mənbəli bulud platformalarında (məsələn, OpenStack, CloudStack) təcrübə; 
  • Libvirt, KVM və əsas bulud platformalarının (AWS, GCP, Azure) API-lərindən istifadə üzrə güclü proqram təminatı inkişafı bacarığı;
  • Golang və ya Python proqramlaşdırma dillərində peşəkar bacarıq;
  • Mürəkkəb avtomatlaşdırma skriptləri və ssenariləri yazmaq təcrübəsi;
  • Açıq mənbəli konteyner sistemlərində (məsələn, Docker, Podman, LXC) ekspert səviyyəsində biliklərə malik olmaq;
  • Açıq mənbəli proqramla təyin olunan saxlama sistemləri üzrə güclü bilik və anlayış.

 

Arzuolunandır:

  • Hibrid bulud arxitekturası və çox bulud (multi-cloud) strategiyaları üzrə təcrübə;
  • Bulud təhlükəsizliyi üzrə ən yaxşı təcrübələr və uyğunluq standartları haqqında bilik;
  • Proqram təminatının inkişafı sahəsində beynəlxalq şirkətlərdə iş təcrübəsi;
  • Açıq mənbəli platformaları (məsələn, OpenStack) və ya proqramla təyin olunan saxlama sistemləri üzrə sertifikat;
  • Red Hat, AWS, GCP kimi sertifikatların olmasına üstünlük verilir;
  • Kubernetes və ya Ansible kimi orkestrasiya alətləri ilə təcrübə;
  • Əlavə proqramlaşdırma dilləri üzrə bilik (məsələn, Bash).
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq .

 

Son müraciət tarixi: 14 dekabr  2024-cü il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.


Paylaş