Beynəlxalq əlaqələr üzrə mütəxəssis

13 Nov 2024

İş barədə məlumat

Asterias - tələbələr və gənclər üçün nəzərdə tutulmuş inkişaf və təlim mərkəzidir. Biz gənclərin öz potensialını kəşf etməsinə və inkişaf etdirməsinə şərait yaradırıq. Məqsədimiz, gənclərin peşəkar, akademik və şəxsi həyatda məqsədlərinə çatmalarına dəstək olmaqdır.

Biz komandamıza innovativ ideyalarla beynəlxalq layihələr hazırlayıb həyata keçirməkdə aktiv rol alacaq "Beynəlxalq Əlaqələr üzrə Koordinator" axtarırıq.

Vəzifə Öhdəlikləri:

  • Beynəlxalq layihələrin yazılması, idarə olunması və təqib edilməsi
  • Xarici tərəfdaşlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi
  • Qrant proqramlarının araşdırılması və tətbiq üçün layihələrin hazırlanması
  • Beynəlxalq tədbirlər və konfransların izlənilməsi

 

Namizədə Tələblər:

  • Ali təhsil (beynəlxalq əlaqələr və ya əlaqəli sahələr üzrə)
  • İngilis dilini mükəmməl səviyyədə bilmək (digər dillərin bilinməsi üstünlükdür)
  • Layihə yazmaq və idarə etmək sahəsində təcrübə
  • Komandada işləmək bacarığı və ünsiyyət qabiliyyəti
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

 

Digər Məlumatlar:

  • İş qrafiki: 6 günlük
  • Əməkhaqqı: Müsahibə zamanı müəyyən ediləcək.

 

Müraciət etmək istəyən namizədlər öz rezümelərini “Beynəlxalq Əlaqələr üzrə Koordinator” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

 

YALNIZ tələblərə uyğun olan namizədlər müraciət etsin.


Müraciət et