Xaricdə təhsil meneceri
12 Nov 2024İş barədə məlumat
ÖHDƏLİKLƏR:
- Xaricdə təhsil bölməsinin bütün xidmət və faəliyyətlərini effektiv şəkildə icrasını təmin və idarə etmək;
- Xaricdə təhsil bölməsinin illik fəaliyət planını hazırlamaq, həmin plana əsasən fəaliyyəti qurmaq və hesabat vermək;
- Xarici universitetlərin proqramlarını və yeni partnyorluq əlaqələrini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;
- Yeni əməkdaşlıqlarla bağlı araşdırmalar edərək təkliflər hazırlayıb rəhbərliyə təqdim və müzakirə etmək;
- Xaricdə təhsil, yay məktəbləri, dil kursları və digər aidiyyatı xidmətlərin tanıdılması və müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək;
- Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq;
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, İngilis dili üzrə minimum B1 level olmaq
- MS Office proqramlarından yüksək istifadə bacarığı.
- Tələb olunan bilik və bacarıqlar
- Dəqiqlik, düzgünlük, etibarlılıq və məsuliyyətlilik;
- Yüksək ünsiyyət bacarığı;
- Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti;
- Rəsmi və işgüzar danışıqlar və yazışmalar aparmaq bacarığı;
- Müştərilərlə işləmək bacarığı;
- Təşkilatçılıq və təqdimat bacarıqları.
- İş qrafiki: Həftə 5 gün tam gün, şənbə günü saat 11:00-15:00
- İş yeri ünvanı: Ə.Haqverdiyev, 48 ( British Academy Elmlər filialı)