Zənglər mərkəzinin mütəxəssisi

01 Nov 2024

İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Mövcud müştəri bazasının idarə olunması;
  • Daxil olan telefon zənglərinə cavab vermək;
  • Telemarketing (şirkət məhsullarının satışı);
  • Müştərilərə məhsul və xidmətlərlə bağlı məlumat vermək;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şöbəyə yönləndirmək.

İş qrafiki

  • Bazar ertəsi – Cümə tam iş günü, Şənbə qısaldılmış iş günü.

Müsahibə mərhələsini uğurla tamamlamış namizədlər üçün xüsusi satış təlimləri təşkil olunacaq.

Namizəd üçün tələblər

  • Azərbaycan dilini səlis bilməli (Rus dili arzu olunandır);
  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq;
  • Telefonda ünsiyyət və dinləmə qabiliyyəti; 
  • Fikrini aydın ifadə etmə və təqdimat bacarığı;
  • Düzgün səs tonuna və diksiyaya malik olmalı;
  • Komanda ilə işləmək bacarığı;
  • Satış sahəsində minimum 6-12 ay iş təcrübəsi;
  • İnandırma bacarığının olması.

Qeyd: Yalnız xanım namizədlərin müraciətlərinə baxılacaq. 

CV göndərərkən “subject” (mövzu)  bölməsində "Zənglər mərkəzinin mütəxəssisi" sözünün yazılması mütləqdir.


Müraciət et