Əczaçı

29 Oct 2024

İş barədə məlumat

Öhdəliklər:

  • Həkimlərin reseptlərini və müalicə profilaktika müəssisələrinin tələbnamələrini qəbul edir və onlara uyğun olaraq dərman və tibb vasitələrinin buraxılışını təmin edir.
  • Malların qəbulunda, onların saxlanılma yerlərinə bölüşdürülməsində iştirak edir.
  • Dərman maddələrinin və tibb vasitələrinin mövcud qaydalara və onların fiziki-kimyəvi xassələrinə uyğun olaraq saxlanılmasını təmin edir, onların tətbiqi və ev şəraitində saxlanılması barədə əhali arasında sanitariya maarifi işini aparır.

Tələblər:

Əczaçılıq işinin əsaslarını; əczaçılıq xidmətinin təşkilini və iqtisadi fəaliyyət prinsiplərini; əczaçılıq üzrə normativ sənədləri; dərman maddələrinin nomenklaturasını, risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin siyahısını, o cümlədən onların risk dərəcəsindən asılı olaraq təsnifatını; həkiməqədər ilk tibbi yardımın göstərilmə qaydalarını; həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını; resept olmadan buraxılan dərman vasitələrinin siyahısını; dərman və tibb vasitələrinin, habelə dərman maddələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına olan tələbləri; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.


Müraciət et