Xaricdə təhsil üzrə Satış mütəxəssisi (Təcrübəli ) - Kapella Colleges / Kapella Colleges
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Xaricdə təhsil sahəsində real satış nəticələri göstərə bilən, hədəflə işləməyi sevən satış mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
• Xaricdə təhsil xidmətlərinin (bakalavr, magistr, dil kursları və s.) satışı
• Müştərini qərar mərhələsinə gətirib bağlamaq (close etmək)
• Satış planlarını artıqlaması ilə yerinə yetirmək
• Telefon, WhatsApp və online kanallar üzərindən aktiv satış
• Müştəri bazasının genişləndirilməsi və mövcud bazanın qorunması
Tələblər:
• Xaricdə təhsil sahəsində minimum 1 il iş təcrübəsi
• Satış və ünsiyyət bacarıqları yüksək səviyyədə
• Azərbaycan dili səlis (rus və/ya ingilis dili üstünlükdür)
• Komanda ilə işləmək və nəticəyönümlü olmaq
• Məsuliyyətli, aktiv və təşəbbüskar
Biz nə təklif edirik:
• YÜKSƏK BONUS SİSTEMİ (satdıqca qazanırsan)
• Rahat və peşəkar iş mühiti
• Güclü məhsul portfeli və satış dəstəyi
• Satışını göstər – gəlirin avtomatik artsın
İş qrafiki
- 🕘 Bazar ertəsi – Cümə: 10:00 – 19:00
- 🕚 Şənbə: 11:00 – 15:00
Əmək haqqı
- 💰 Maaş müsahibə zamanı müəyyən ediləcək
- ➕ Əlavə olaraq bonus sistemi mövcuddur
Digər şərtlər
Probasiya müddəti: 3 ay
İşə başlama: dərhal
CV-nizi [email protected] ünvanına göndərin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!