Turizm üzrə təcrübə proqramı - Travel360 / Travel360
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat:
-
Tur paketlərinin vaxtlarının və cədvəlinin planlaşdırılmasına dəstək göstərmək;
-
Müştərilərlə (e-poçt, WhatsApp və ya telefon vasitəsilə) ilkin kommunikasiya aparmaq və sualları cavablandırmaq;
-
Tur rezervasiyalarının qəbulu və qeydiyyat prosesində iştirak etmək;
-
Tur proqramlarının hazırlanması və koordinasiyasında komandaya dəstək olmaq;
-
İş əsasən hibrid formatda həyata keçiriləcək (Azərbaycandan idarə olunacaq).
Namizədə dair tələblər:
-
Yalnız tələbələr və universiteti yeni bitirmiş şəxslər (turizm, biznes, menecment və ya əlaqəli ixtisaslara üstünlük verilir);
-
Ünsiyyət bacarıqları və müştərilərlə işləmək qabiliyyəti;
-
Məsuliyyətli, diqqətli və punktual olmaq;
-
Turizm sahəsinə maraq.
İş şəraiti:
-
Təcrübə proqramı (Internship);
-
Part-time iş qrafiki;
-
Həftədə 5 iş günü - Hibrid
-
Real layihələr üzərində işləmək və turizm sahəsində praktiki təcrübə qazanmaq imkanı;
-
Uğurlu namizədlər üçün gələcəkdə tam ştatlı iş imkanı.
Müraciət üçün:
Maraqlanan tələbələr CV-lərini elektron poçta göndərərək mövzu hissəsində “Turizm üzrə Təcrübəçi” qeyd etməlidirlər.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!