N

Tikinti üzrə Mühasib - Novas Services / Novas Services

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

🧾 Vakansiya:  Tikinti üzrə Mühasib

Şirkət haqqında:

Maliyyə, Mühasibatlıq, Tikinti, Kənd təsərrüfatı  və s sahələrində fəaliyyət göstərən, dinamik inkişaf edən şirkətimiz komandamıza Tikinti üzrə Mühasib axtarır. Əgər siz də peşəkar bir mühitdə çalışmaq və biliklərinizi inkişaf etdirmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

🔹 Vəzifə öhdəlikləri:

      ·    Tikinti layihələri üzrə gəlir və xərclərin uçotunun aparılması

      ·    Forma 2, Forma 3 və digər tikinti sənədlərinin yoxlanılması və uçotu

      ·    Material və anbar uçotuna nəzarət

      ·    Podratçı və subpodratçılarla hesablaşmaların aparılması

      ·    Akt, müqavilə və smeta sənədlərinin mühasibatlıq baxımından yoxlanılması

      ·    Əmək haqqı hesablanması və işçi müqavilələrinin uçotu

      ·    Vergi və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi

      ·    Bank əməliyyatlarının icrası və nəzarəti

      ·    Rəhbərliyə aylıq maliyyə hesabatlarının təqdim edilməsi

 

🔹 Tələblər:

  • Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
  • Tikinti sahəsində minimum 2-3 il iş təcrübəsi
  • 1C və ya digər mühasibatlıq proqramlarını yaxşı səviyyədə bilməli
  • Excel proqramında sərbəst işləmək bacarığı
  • Vergi qanunvericiliyini bilməli
  • Forma 2 və Forma 3 sənədləri ilə işləmə təcrübəsi
  • Analitik düşüncə və məsuliyyətlilik

🔹 Üstünlük veriləcək:

  • Tikinti layihələri üzrə büdcə planlaması təcrübəsi
  • Audit yoxlamaları ilə işləmə təcrübəsi
  • ERP proqramları biliyi

📩 CV-lərinizi mövzu hissəsində “Tikinti üzrə Mühasib” qeyd etməklə ([email protected]) göndərə bilərsiniz.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş