A

Texniki dəstək üzrə mütəxəssis - Art House Emiliana / Art House Emiliana

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Texniki İşçi (Qapı Sistemləri üzrə Texniki Mütəxəssis) vakansiyası

Şirkətimiz qapı istehsalı və sifarişi sahəsində fəaliyyət göstərir və komandamıza texniki biliklərə malik məsuliyyətli əməkdaş axtarır. Bu vəzifə satış şöbəsi ilə istehsal fabriki arasında texniki əlaqələndirməni təmin edən əsas roldur.

Vəzifə öhdəlikləri:
    •    Sifarişlərin texniki tərəfinin yoxlanılması və təsdiqlənməsi
    •    Qapı konstruksiyalarının düzgün seçilməsi və uyğunluğunun nəzarətdə saxlanılması
    •    Layihə və ölçülərə uyğun konstruksiya quruluşunun təsdiqi
    •    Satış meneceri ilə istehsal fabriki arasında texniki koordinasiya
    •    Sifarişlərin texniki sənədlərinin hazırlanması və fabrikə düzgün ötürülməsi
    •    Hazırlanan konstruksiyanın sifarişə tam uyğunluğuna cavabdehlik
    •    Texniki standartlara və montaj qaydalarına nəzarət

Tələblər:
    •    Ali təhsil (texniki sahə üstünlükdür)
    •    Texniki biliklər və konstruksiya məntiqini anlama bacarığı
    •    Mexaniki və ya konstruktiv sistemlərlə işləmə təcrübəsi arzuolunandır
    •    Rus dili biliyi — mütləqdir
    •    Detallara diqqət və məsuliyyətlilik
    •    Texniki çertyoj və sxemləri anlama bacarığı (üstünlükdür)
    •    Komanda ilə işləmə və ünsiyyət bacarığı

Biz nə təklif edirik:
    •    Şirkət tərəfindən xüsusi təlim proqramı
    •    Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
    •    Stabil iş mühiti
    •    Əmək haqqı: 800 – 1200 (bilik və bacarıqlara görə dəyişir)

İş qrafiki:
    •    Saat 09:00 – 19:00
    •    Həftədə 1 gün istirahət (şənbə və bazar günləri iş günüdür)

Texniki düşüncə qabiliyyəti olan, öyrənməyə açıq və məsuliyyətli namizədləri müraciət etməyə dəvət edirik. Bu vəzifə həm kişi, həm də qadın namizədlər üçün açıqdır.

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş