S
Tədris sahəsində Satış Meneceri - SCORE COLLEGE MMC / SCORE COLLEGE MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Vəzifə öhdəlikləri:
- Kurs və təhsil proqramlarının (SAT, IELTS, General English, TR-YÖS və s.) satışının həyata keçirilməsi
- Daxil olan müraciətlərin (zəng, WhatsApp, sosial media, ofis müraciətləri) effektiv şəkildə cavablandırılması
- Potensial tələbələr və valideynlərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi
- Qeydiyyat proseslərinin aparılması və sənədlərin düzgün hazırlanması
- Satış planının icrası və aylıq hədəflərə çatmaq
- Müştəri bazasının idarə olunması və uzunmüddətli münasibətlərin qurulması
Namizədə tələblər:
- Təhsil sahəsində təcrübə (mütləqdir)
- Ünsiyyət və inandırma bacarığı
- Azərbaycan dili səlis (rus və ingilis dili üstünlükdür)
- Müştəriyönümlü yanaşma
- Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik
- MS Office və CRM sistemlərində işləmə bacarığı
Biz nə təklif edirik:
- Rəqabətədavamlı maaş + satışdan bonuslar
- Karyera yüksəlişi imkanı
- Peşəkar və dinamik iş mühiti
- Təlim və inkişaf imkanları
- Motivasiyaedici komanda
📩 Müraciət:
Namizədlər CV-lərini e-mail vasitəsilə göndərə bilərlər.
[email protected]
Mövzu hissəsində: “Tədris üzrə Satış Meneceri” qeyd edilməsi xahiş olunur.
Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!