Sürücü - Güvənli MMC / Güvənli MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
"Güvənli" MMC Sürücü vakansiyasını açıq elan edir Namizədə tələblər
• Sürücülük təcrübəsi: minimum 3–4 il
• Sürücülük vəsiqəsi: B kateqoriyası
• Yaş həddi: minimum 35 yaş
• Bakı şəhəri və regionlar üzrə (şəhərin küçə və yol şəbəkəsini yaxşı tanımalıdır)
• Yol hərəkəti qaydaları üzrə yüksək bilik
Şəxsi keyfiyyətlər:
• stresə davamlılıq
• intizamlılıq
• məsuliyyətlilik
• dürüstlük və etibarlılıq
• etik davranış və ünsiyyət bacarığı
Vəzifə öhdəlikləri
• Avtomobilin gündəlik texniki vəziyyətinə nəzarət etmək
• Avtomobilin təmizliyini və saz vəziyyətdə saxlanmasını təmin etmək
• Avtomobilin texniki baxışdan və planlı servis xidmətlərindən vaxtında keçməsini təmin etmək
• Yol hərəkəti qaydalarına ciddi riayət etmək
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək
• Malların ərazilərə vaxtında və təhlükəsiz şəkildə çatdırılması
• Məxfi sənədlərin daşınması zamanı məxfilik və təhlükəsizlik qaydalarına riayət etmək
• Avtomobilin düzgün idarə olunmasını daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin etmək
• Avtomobil yalnız xidməti məqsədlər üçün və rəhbərlik tərəfindən verilmiş tapşırıqlar əsasında istifadə olunmalıdır
• Sürücü avtomobilin istifadəsi zamanı yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və texniki vəziyyətinə nəzarət etməlidir
• Avtomobilin üçüncü şəxslərə verilməsi və ya istifadəsinə icazə verilməsi qəti qadağandır, yalnız rəhbərliyin yazılı və ya rəsmi tapşırığı ilə mümkündür
• Avtomobildə aşkar edilən texniki nasazlıqlar dərhal məsul şəxslərə bildirilməlidir
• Yol-nəqliyyat hadisəsi baş verdikdə sürücü dərhal müvafiq dövlət qurumlarına (yol polisi, sığorta və s.) məlumat verməlidir
• Hadisə barədə şirkət rəhbərliyinə və məsul struktur bölməyə operativ şəkildə məlumat təqdim edilməlidir.
• Hadisə ilə bağlı foto, video və digər sübut materialları mümkün olduğu qədər toplanmalıdır.
İş şəraiti
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
• Korporativ mobil nömrə ilə təmin olunma
• Stabil və peşəkar iş mühiti
• Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası üçün lazımi şəraitin yaradılması
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!