A

Sürücü - Ayla Hüquq Mərkəzi MMC / Ayla Hüquq Mərkəzi MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

📢 Vakansiya: Şəxsi Sürücü

Şirkət: "AYLA HÜQUQ MƏRKƏZİ" MMC

Əmək haqqı: 800 AZN 

📋 İş barədə məlumat:

  • Vəzifə öhdəliyi: Şirkət rəhbərinin gün ərzində məhkəmələrə, idarələrə, Penitensiar xidmət orqanlarına və digər müvafiq dövlət qurumlarına aparılması.

  • İş qrafiki: 09:00 – 20:00.

  • İş rejimi: 6 günlük iş həftəsi (Bazar günü istirahət).

  • Ünvan: Bakı şəhəri daxili və ətraf ərazilər. Məhkəmələr olduğu zaman rayon məhkəmələrinədə gediləcəkdir.

🛠️ Namizədə dair tələblər:

  • Yaşayış yeri: Bakı şəhəri 

  • Təcrübə: Minimum 1 illik sürücülük təcrübəsi.

  • Yaş: 30-50 (kişi namizədlər)

  • Sürücülük Vəsiqəsi

  • Əvvəllər məhkum edilməmiş

  • Azərbaycan Respublikasının vətəndaşı

  • Şəhər bilgisi: Bakı şəhərinin mərkəzi və kənar yollarını yaxşı tanımalı, naviqasiya proqramlarından (Waze, Google Maps, AZparking) istifadə etməyi bacarmalıdır.

  • Şəxsi keyfiyyətlər: Punktual (vaxtında iş başında olmaq), intizamlı, səliqəli və etik davranış qaydalarına malik.

⚖️ Vəzifə funksiyaları:

  • Avtomobilin texniki sazlığına və təmizliyinə (salon və eksteryer) nəzarət etmək.

  • Verilən tapşırıqları vaxtında və təhlükəsiz şəkildə yerinə yetirmək.

  • İşgüzar görüşlərin və məhkəmə proseslərinin vaxtını nəzərə alaraq marşrutu düzgün planlaşdırmaq.

  • Şirkətə və direktora məxsus nəqliyyat vasitələrini vaxtı-vaxtında xidmət gödtərilməsi üçün servisə aparmaq.

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş