SMM MÜTƏXƏSSİSİ - "Rəmzioğlu Paxlava" MMC / "Rəmzioğlu Paxlava" MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

- Ünvan: Məhəmməd Hadi 21 B. (Əhmədli m/s)
- İş qrafiki: 09:00 dan-17:00 dək (bazar günü istirahət);
- Əmək haqqı: 600-800 AZN
- Nahar şirkət tərəfindən verilir
- Şirkət əməkdaşları üçün endirim və üstünlük imkanları verilir

Vəzifə öhdəlikləri:
- Sosial media platformaları üçün aylıq kontent planının hazırlanması
- Instagram, TikTok, Facebook və digər platformalara uyğun kontentlər yaratmaq
- Səhifələrin gündəlik idarə olunması: post, story, reel paylaşımı
- Şərhlərə və mesajlara operativ cavab vermək
- Brendin üslubuna uyğun kreativ ideyalar hazırlamaq
- Foto/video çəkiliş prosesinə nəzarət və brieflərin hazırlanması
- Hədəf auditoriya üzrə araşdırmalar aparmaq
- Həftəlik və aylıq sosial media analitik hesabatlarının hazırlanması
- Influencer və blogerlərlə əməkdaşlıqların qurulması və idarə olunması.

Namizədə tələblər

- Xanım namizədlərə üstünlük verilir
- SMM üzrə ən azı 2 il təcrübə
- Instagram və TikTok platformalarının alqoritmini yaxşı bilmək
- Kreativlik və kontent üçün ideyalar yaratma bacarığı
- Azərbaycan dilində yüksək yazılı ifadə qabiliyyəti
- Copywriting bacarığının olması
- Canva və ya Photoshop ilə işləmə bacarığı
- Analitik düşüncə və nəticəyə fokuslu çalışma
- Komandada işləmə bacarığı və operativlik
- Foto və video çəkiliş bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş