N

Smetaçı-Mühəndis - Novas Services / Novas Services

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

🚧 Gələcəyin layihələrini bizimlə hesablayın – Smeta mühəndisi axtarırıq!

Tikinti sahəsində həyata keçirdiyimiz iri və innovativ layihələr üçün komandamıza peşəkar və məsuliyyətli Smeta mühəndisi dəvət edirik. Əgər rəqəmlərlə işləməyi sevir, layihələrin maliyyə əsasını qurmaqda özünüzə güvənirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

📍 İş yeri: Bakı
🕒 İş rejimi: Tam iş günü

🔹 Sizin əsas rolunuz:

  • Tikinti layihələri üzrə dəqiq və əsaslandırılmış smetaların hazırlanması

  • Layihələrin maliyyə planlaşdırılmasında aktiv iştirak

  • Material, əmək və texnika xərclərinin hesablanması və optimallaşdırılması

  • Tender sənədlərinin hazırlanması və təhlili

  • Podratçı smetalarının yoxlanılması və müqayisəsi

  • Görülmüş işlərin həcminin təsdiqi və aktlaşdırılması (Forma 2, Forma 3)

🔹 Axtardığımız namizəd:

✔ İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil
✔ Minimum 3 il smeta sahəsində iş təcrübəsi
✔ Tikinti norma və qaydaları üzrə bilik
✔ MS Excel – yüksək səviyyədə
✔ AutoCAD, Grand Smeta və ya digər smeta proqramları ilə işləmə bacarığı
✔ Analitik düşünmə və detallara diqqət

🔹 Biz sizə nə təklif edirik?

✨ Rəqabətədavamlı əmək haqqı
✨ Stabil və uzunmüddətli iş imkanı
✨ Böyük və prestijli layihələrdə iştirak
✨ Peşəkar və güclü komandada çalışma imkanı
✨ Karyera inkişafı və peşəkar yüksəliş

📩 Müraciət edin və komandamızın bir hissəsi olun!

CV-nizi mövzu hissəsində "Smetaçı-Mühəndisi" qeyd etməklə
📧 [email protected] ünvanına göndərin

Daha çox Müxtəlif vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş