Servis Meneceri - "Toyota Gəncə Mərkəzi" MMC / "Toyota Gəncə Mərkəzi" MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş haqqında
- Korportiv müştərilərlə işi təşkil etmək və idarə etmək;
- Servis mərkəzinin gündəlik əməliyyatlarını idarə etmək və fəaliyyətin optimal şəkildə aparılmasını təmin etmək;
- Müştəri müraciətlərini və şikayətlərini operativ şəkildə yönləndirmək, yüksək müştəri məmnuniyyətini qorumaq;
- Xidmət proseslərini təhlil etmək, performans göstəricilərini izləmək, təkmilləşdirmə tədbirləri hazırlamaq və icra etmək;
- Ehtiyat hissələri inventarını, servis alətlərini və materialları izləmək, lazım olduqda satınalma prosesində iştirak etmək;
- Təhlükəsizlik, işçi təlimləri və keyfiyyət standartlarının təmin olunmasını nəzarətdə saxlamaq;
- Servisdə müştərilərin məmnunluğunu təmin etmək;
Namizədə tələblər:
- Ali təhsil;
- Müştərilərlə iş sahəsində 3 illik iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
- MS Ofis (Outlook, Word, Power Point, Excel.);
Peşəkarlıq tələbləri:
- Komanda ilə çalışmaq bacarığı;
- Yaxşı analitik, problemlərin həll edilməsi və axtarış bacarıqlarının olması;
- Müştərini dinləmək və inandırmaq bacarığı;
- Təqdimat bacarığı;
- Təzyiq altında işləmək bacarığı və prioritetlərin ortaya qoyulması qabiliyyəti;
Digər məlumatlar:
İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi
-Ezamiyyə imkanları (zəruri hallarda)
- 6 günlük iş rejimi (bazar ertəsi – şənbə)
- İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00; Şənbə: 09:00-15:00
- Rəqabətə uyğun əmək haqqı və performansa əsaslanan bonus sistemi
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 06 may 2026-cı il tarixidir.
Daha çox Müxtəlif vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!