I

Satış mütəxəssisi - Interlingual School / Interlingual School

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Interlingual School Satış Mütəxəssisi axtarır

 

İnsanlarla ünsiyyət qurmağı sevirsiniz və satış sahəsində özünüzü inkişaf etdirmək istəyirsiniz? Interlingual School komandamıza motivasiyalı, enerjili və satış bacarıqları güclü olan Satış mütəxəssisi axtarır.

 

 

İşin əsas vəzifələri

 

 

• Kurs haqqında məlumat almaq üçün daxil olan telefon zənglərini cavablandırmaq

• Instagram, WhatsApp və digər sosial media platformalarından gələn mesajları operativ cavablandırmaq

• Potensial tələbələrə kurs proqramları və paketlər haqqında ətraflı məlumat vermək

• Tələbə və şagirdlərin qeydiyyat prosesini həyata keçirmək

• Müştərilərə uyğun kurs proqramını təqdim etmək və satış prosesini uğurla tamamlamaq

• Satış prosesini analiz etmək və satışın artırılması üçün yeni kampaniya və təkliflər hazırlamaq

• Tələbələrlə əlaqəni qorumaq və onların kurs seçiminə dəstək olmaq

• Günlük müraciətləri və satış nəticələrini qeydiyyata almaq

 

 

Tələblər

 

 

• İngilis dili biliyi (mütləq)

• Rus dili biliyi üstünlükdür

• Təhsil sahəsində və ya dil kurslarında satış təcrübəsi arzuolunandır

• Güclü ünsiyyət və təqdimat bacarıqları

• Satış etmə və müştərini yönləndirmə bacarığı

• Analitik düşünmə və satış üçün yeni kampaniyalar yaratmaq bacarığı

• Çevik, məsuliyyətli və nəticə yönümlü olmaq

• Müştərilərlə peşəkar işləmə bacarığı

 

 

Biz təklif edirik

 

 

• Satış üzrə bonus sistemi

• Rahat və inkişaf yönümlü iş mühiti

• Təhsil sahəsində karyera inkişafı imkanı

• Peşəkar komandada işləmək imkanı

• Maaş namizədin təcrübəsi və bacarıqlarına əsasən razılaşma yolu ilə müəyyən ediləcək (mühasibatlıq tərəfindən təsdiqlənir) və əlavə olaraq satış bonusu təqdim oluna bilər

 

📩 Maraqlanan namizədlər CV-lərini göndərə bilərlər.

📞 Əlaqə: (+994) 55 541 91 95 

                  [email protected]

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş