G
Satış məsləhətçisi - GL ASC / GL ASC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
“GL” ASC (Sizin Lombard)
Ağstafa şəhərində yerləşən filial üzrə
📌 Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri:
- Aktiv satışların təşkili və potensial müştərilərin cəlb olunması;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlanılması;
- Müştəri müraciətlərinin qəbulu, təhlili, kredit komitəsinə təqdimatı və rəsmiləşdirilməsi;
- Yeni kredit məhsulları və satış metodları üzrə təkliflərlə çıxış etmək;
- Müştəri məmnuniyyətini təmin etmək məqsədilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olan şikayət və müraciətləri yerində araşdırmaq;
- Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Namizəddən tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali və ya natamam ali təhsil;
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;
- Fərdi və komanda ilə işləmək bacarığı;
- Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatlarında, xüsusilə lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
- Əməkhaqqı və bonus sistemi:
- Başlanğıc kateqoriya: 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN
- Yuxarı kateqoriya: 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN
Müraciət qaydası:
Tələblərə uyğun olan namizədlərdən “Satış məsləhətçisi (Ağstafa filialı)” başlığı ilə CV-lərini
📧 [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.
Əlaqə:
📍 Ünvan: Ağstafa şəh., H. Əliyev 37A
📞 Telefon: (+994 50) 248 10 00
🌐 Vebsayt: www.sizinlombard.az
📩 Email: [email protected]
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!