B
Satış Meneceri - Biomark / Biomark
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Şirkət haqqında:
Biz mobil tətbiqlər, veb saytlar, daxili korporativ proqram təminatı və digər rəqəmsal həllərin hazırlanması sahəsində fəaliyyət göstərən IT şirkətiyik. Müştərilərimizə bizneslərini rəqəmsallaşdırmaq və inkişaf etdirmək üçün müasir texnoloji həllər təqdim edirik.
Vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışı və cəlb edilməsi
- IT xidmətlərinin (veb sayt, mobil tətbiq, korporativ proqramlar və s.) təqdimatı və satışı
- Müştəri ehtiyaclarının analiz edilməsi və uyğun həllərin təklif olunması
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
- Danışıqların aparılması və müqavilələrin bağlanması
- Satış planının icrası və yeni layihələrin şirkətə cəlb edilməsi
KPI və sınaq müddəti:
- Satış təmsilçisi üçün əsas KPI: aylıq minimum 3 layihənin şirkətə cəlb edilməsi
- İşə qəbul zamanı 10 günlük sınaq (test) müddəti tətbiq olunur
- Sınaq müddətində namizədin satış bacarıqları və nəticələri qiymətləndirilir
- KPI yerinə yetirildiyi halda əsas əmək haqqı və bonus sistemi aktivləşdirilir
Tələblər:
- Satış sahəsində minimum 1 il iş təcrübəsi (IT sahəsi üstünlükdür)
- Ünsiyyət və təqdimat bacarıqları yüksək
- Müştəri yönümlü və nəticə fokuslu yanaşma
- Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür
- MS Office proqramları ilə işləmə bacarığı
- Komandada və müstəqil işləmə bacarığı
Təklif edirik:
- KPI yerinə yetirildikdən sonra maaş aktivləşir
- Yüksək bonus və motivasiya sistemi
- Karyera inkişaf imkanı
- Gənc və peşəkar komanda
- Rahat ofis şəraiti
Müraciət qaydası
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə göndərməyiniz xahiş olunur.
Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!