R
Satınalma və kateqoriya meneceri - Real Beauty / Real Beauty
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
- Satınalma və ya təchizat sifarişlərinin qəbulu. Alınması zəruri olan məhsulların vaxtında təmin olunmasının təşkili (nəzarətdə saxlanılması);
- Mağazalardan gələn sifariş tələblərinin anbar qalığı və satış statistikası ilə müqayisə edilməsi;
- Təkliflərin düzgün analiz olunması və müqayisəsinin təşkili;
- Təchizatçı bazasının yaradılması və təchizatçıların qiymətləndirilməsi;
- Yerli və xarici bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması, şirkət üçün ən sərfəli şərtlərlə müqavilələrin bağlanması;
- Təchizatçılarla daim çevik əlaqələndirmənin təmini (görüşlərin keçirilməsi, telefon danışıqları, email yazışmaları), həmçinin zərurət olduğu təqdirdə əvvəllər bağlanmış müqavilələrin yenilənməsi;
- Bazar tendensiyalarının və rəqib strategiyalarının izlənilməsi;
- Müvafiq hesabatların vaxtı-vaxtında rəhbərliyə təqdim edilməsi.
Digər tələblər:
- kosmetika sahəsində ən azı 2-3 il təcrübə mütləqdir( mağaza meneceri və s idarəedici vəzifələrdə)
- İngilis və rus dili biliyi arzuolunandır;
- Ünsiyyət qurmaq və kollektivdə işləmək bacarığı olmalıdır;
- İşgüzar yazışma əsaslarını bilməlidir;
- Analitik düşüncə qabilyyətinə malik olmalıdır;
- Sahəsi üzrə sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
- MS Office proqramlarını mükəmməl bilməlidir.(xüsusilə excel)
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!