Satınalma üzrə mütəxəssis - OBA marketlər şəbəkəsi / OBA marketlər şəbəkəsi
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Vəzifə öhdəlikləri:
• Xarici təchizatçılardan məhsulların idxal prosesini tam şəkildə idarə etmək və mağaza şəbəkəsinin tələbatına uyğun olaraq sifariş planlamasını həyata keçirmək.
• Gömrük brokeri və logistika tərəfdaşları ilə koordinasiya edərək məhsulların vaxtında və problemsiz şəkildə ölkəyə gətirilməsini təmin etmək.
• Xarici təchizatçılarla qiymət, çatdırılma müddəti və öhdəliklər üzrə danışıqlar aparmaq.
• İdxal sənədlərini (Invoice, Packing List, CMR/BL, sertifikatlar) düzgünlüyünə görə yoxlamaq və prosesi nəzarətdə saxlamaq.
• Anbar stoklarını gündəlik monitorinq etmək, satış sürətinə uyğun stok optimizasiyasını həyata keçirmək və kritik SKU-ları vaxtında yeniləmək.
• Məhsulların son istifadə tarixlərini izləmək, riski olan SKU-lar üzrə satış və kateqoriya komandaları ilə birlikdə endirim kampaniyaları və sürətli satış tədbirlərini planlaşdırmaq.
• Mağazalarda çeşid mövcudluğunu (availability) təmin etmək üçün stok idarəetmə və satış departamentləri ilə sıx əməkdaşlıq etmək.
• İdxal olunan bütün məhsulların keyfiyyət, sertifikat tələblərinə uyğunluğunu təmin etmək.
• Logistika gecikmələri, sənəd uyğunsuzluğu və çatışmazlıqlar kimi əməliyyat problemlərini operativ şəkildə həll etmək.
Namizədə dair tələblər:
Təhsil: Ali
Təcrübə: Satınalma yaxud uyğun sahələr üzrə 1 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (yaxşı - mütləq ), İngilis dili (orta səviyyədə)
Kompüter bilikləri: MS Office (Excel –orta səviyyədə)
FMCG və ya retail sahəsində təcrübə üstünlükdür.
Tədarükçülərlə yazışma aparmaq və danışıqlar aparmaq bacarığı.
Detallara diqqətlilik, analitik düşüncə və hesabat vermə bacarığı.
Əlavə təminatlar:
- Nahar
- Servis xidməti
- Korporativ nömrə
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İdxal üzrə Mütəxəssis " yazaraq [email protected]z mail ünvanına göndərmələri xah
Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!