A

Satıcı-konsultant - Art House Emiliana / Art House Emiliana

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Vakansiya: Pərdə Satıcısı (Qadın namizəd tələb olunur)

Pərdə və tekstil sahəsində fəaliyyət göstərən mağazamıza təcrübəli qadın satıcı tələb olunur.

Vəzifə öhdəlikləri:
    •    Müştərilərə pərdə və tül seçimi üzrə peşəkar məsləhət vermək
    •    Pərdələrin düzgün ölçülməsi və hesablanması
    •    Parça növlərini, keyfiyyətini, tekstura və material fərqlərini yaxşı tanımaq
    •    Dəb, stil və yeni trend pərdə modellərindən anlayışlı olmaq
    •    Sifarişlərin düzgün qəbul edilməsi və müştəri məmnuniyyətinin təmin olunması
    •    Satış prosesinin aktiv şəkildə aparılması

Tələblər:
    •    Pərdə və tül satışında mütləq iş təcrübəsi
    •    Pərdələrin ölçü götürülməsi və düzgün hesablanmasını bacarmaq
    •    Parçalar haqqında bilik (klassik, modern, minimal, premium üslublar)
    •    Məsuliyyətli, ünsiyyətcil, səliqəli və müştəriyönümlü olmaq
    •    Komandada işləmək bacarığı
    •    Satış qabiliyyəti və təqdimat bacarığı

İş qrafiki:
    •    İş saatı: 09:00 – 19:00
    •    Həftədə 1 gün istirahət (Şənbə və Bazar günləri istirahət verilmir)

Əmək haqqı:
    •    Müsahibə zamanı təyin olunacaq (təcrübəyə uyğun yüksək maaş + bonus mümkündür)

Vacib qeyd:

Rus dili biliyi MÜTLƏQDİR!

📞 Maraqlanan namizədlər əlaqə saxlaya və ya WhatsApp vasitəsilə CV göndərə bilərlər.

Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş